İran Rusiyanın məşhur internet portalını blokladı

İran Rusiyanın məşhur internet portalını blokladı backend

İran dövlət orqanları Rusiyanın “Yandex” internet portalına blok qoyub. İKT.lent.az-ın “Kommersant”a istinadən verdiyi məlumata görə, bloka “yandex.com” beynəlxalq saytı düşüb, regional resurslar, məsələn, “yandex.ru”ya giriş isə mümkündür.


Rusiyanın İrandakı səfirliyinin mətbuat attaşesi Maksim Suslov “yandex.com”a blok qoyulduğunu təsdiqləyib: “İran tərəfi hesab edir ki, orada İslam dəyərlərinə uyğun olmayan informasiyalar var”.

Hazırda İranda “Facebook”, “Twitter”, “V Kontakte” sosial şəbəkələrinə giriş də məhdudlaşdırılıb. Lakin bir çox insan VPN-serverlərdən istifadə edərək saytlara daxil ola bilir.