Rusiyanın Suriyadan çıxması əvvəlcədən müəyyən edilən proqramlar çərçivəsində həyata keçirilib. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şamxani söyləyib. Onun sözlərinə görə, Moskvanın bu addımı İran üçün qəfil olmayıb:
“Suriyanın gələcəyini müəyyənləşdirmək Suriya xalqının əlindədir. Suriya hakimiyyətinin zəiflədilməsi planı ABŞ və İsrailə aid idi. Terrorizm bu gün Avropaya da keçərək bütün dünyaya yayılıb. Təəssüf ki, keçmişdə Suriya ilə bağlı olan yanlış siyasət indi də davam edir”.