Medvedyev Ermənistana gedir

Medvedyev Ermənistana gedir backend

Rusiyanın Baş naziri Dmitiri Medvedyev aprelin 7-də Ermənistana səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Ovik Abramyan məlumat verib.

Abramyanın sözlərinə görə, paytaxt İrəvanda aprelin 8-də Avrasiya İqtisadi Şurasına üzv dövlətlərin baş nazirlərinin görüşü olacaq.

Medvedyevin görüşü ərəfəsində təbii qaz tədarükünə dair məsələ də müzakirə olunacaq.