“iOS 9“ yarım il ərzində 79 faiz yüklənib

“iOS 9“ yarım il ərzində 79 faiz yüklənib backend

Fevral ayında “Apple” korporasiyası bildirib ki, uyğun cihaz istifadəçilərinin 77 faizi iOS əməliyyat sisteminin mobil versiyasının 9-cu versiyasına keçib. İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, iki həftə ərzində - fevralın 22-dən martın 7-nə qədər "iOS 9" əməliyyat sisteminin payı 79 faizə çatıb.


Bununla belə, əvvəlki 2 faizi əldə etmək üçün əməliyyat sisteminə bir aydan çox vaxt lazım gəlib. Belə çıxır ki, hansısa səbəblərə görə "iOS 9"-un populyarlığı daha iri templərlə artmağa başlayıb.

"iOS 8" əməliyyat sisteminin bazar payı isə istifadəyə verildikdən bir il sonra, 2015-ci ilin sentyabr ayında 87 faiz uyğun cihazlara yüklənsə də, hazırda 16 faizə bərabər olub. İstifadəçilərin daha 5 faizi isə daha köhnə versiya iOS-ların istifadəçiləridir.

Xatırladaq ki, “Android 6.0 Marshmallow” iOS 9 əməliyyat sistemi çıxdıqdan 3 həftə sonra istifadəyə verilib. Bu günlərdə məlumat vermişdik ki, onun “Android” cihazları bazarındakı payı cəmi 2,3 faiz təşkil edir.