Dənizdə daha 2418 miqrant xilas edildi

Dənizdə daha 2418 miqrant xilas edildi backend

Son iki gün ərzində Siciliya boğaında 2418 miqrantı xilas edib. APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, sayca 12 əməliyyat nəticəsində İtaliya sahil mühafizəçiləri, ölkənin hərbi-dəniz qüvvələri və Norveç gəmisi əvvəl 1467, sonra isə 951 miqrantı xilas edib.


Əməliyyatlar zamanı 3 nəfərin meyiti sudan çıxarılıb. Onların vətəndaşlığı barədə məlumat verilmir.

“Frontex” agentliyinin hesablamalarına əsasən, 2015-ci ildə Avropa İttifaqı ölkələrinə 1 milyon 800 min miqrant daxil olub.