Tehran bazarında partlayış: 39 yaralı

Tehran bazarında partlayış: 39 yaralı backend

İranın paytaxtı Tehranda partlayış baş verib. APA TV-nin məlumatına görə, qaz balonunun partlaması nəticəsində 39 nəfər yaralanıb. Hadisə Tehran bazarında baş verib. Yerli yanğın xidmətinin rəhbəri bildirib ki, bazardakı üçmərtəbəli mağazada qaz balonu partlayıb.


Yaralılardan azı 6-nın vəziyyətinin xüsusilə ağır olduğu bildirilir. Partlayışın səbəbləri araşdırılır.