Zaporojye şəhərində Ukraynada Leninə qoyulmuş ən böyük heykəlin söküntüsünə başlanılıb.
Qaziler.az-ın bildirdiyinə, Avropa.info xəbər verir ki, 20 metrlik bürünc heykələ bir neçə tros keçirilərək güclü krana bağlanılıb. Heykəlin uçurulduğu yerdə 200 nəfər tamaşaçı yığışıb.Demontaj prosesi Ukraynada qəbul olunan dekomunizasiya qanunu ilə bağlıdır.
Lenin Zaporojyedəki heykəli 1964-cü ildə eyni adlı meydanda qoyulub. Abidə bürüncdən, qoyulduğu stend qırmızı mərmərdəndir. Ümumi hündürlüyü 19,8 metrdir. Heykəlin əli Dnepr HES-ni göstərir.