İstanbulda PKK ilə əlaqələrdə şübhəli bilinən 9 vəkil saxlanılıb

İstanbulda PKK ilə əlaqələrdə şübhəli bilinən 9 vəkil saxlanılıb backend

İstanbulda keçirilmiş xüsusi əməliyyat çərçivəsində 30 nəfər saxlanılıb. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, onlardan doqquzu vəkildir.

Saxlanılanların hamısı PKK terror təşkilatı ilə əlaqələrdə şübhəli bilinir. Adları çəkilməyən vəkillərin ofislərində hazırda axtarış aparılır.