İstanbulda anti-terror əməliyyatı keçirilib.
Axar.az xəbər verir ki, Bəyoğlu, Fatih, Baxçalıevlər, Ovçular, Əsənlər, Kadıköy və Sultanqazi olmaqla 16 rayonda keçirilən əməliyyat zamanı PKK-nın 20 üzvü tutulub.
Saxlanılanların Ankara terror ilə bağlı olub-olmadığı barədə məlumat verilməyib.