Rusiyanın qırıcıları Suriyanı belə tərk edir

Rusiyanın qırıcıları Suriyanı belə tərk edir backend

Rusiyaya məxsus qırıcı və bombardmançılar Suriyadakı Hmeymim aviabazasını tərk etməyə başlayıblar. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, heyətə daha çox Su-25-lər təyyarələri daxildir.

Hərbi təyyarələrin Suriyanı qruplar şəklində tərk etdiyi bildirilir. Hər bir qrupda hərbi-nəqliyyat təyyarəsi olan Tu-154 də və İl-76 da var. Bu təyyarələr eşalon havada olarkən liderlik mövqeyi tuturlar. Onların arxasınca isə hərbi tip bombardmançılar və qırıcılar havalanırlar.

Rusiya sərhədlərinə qədər bu şəkildə hərəkət edən təyyarələr sərhəddən sonra müstəqil şəkildə başqa-başqa aerodromlara istiqamətlənirlər.