Əfqanıstanda Talibana qarşı hava hücumları başladılmalıdır.
Qaziler.az-ın məlumatına görə, Axar.az xəbər verir ki, bu sözləri ABŞ generalı Con Cempbel deyib.“Taliban üzvləri özlərini ABŞ əsgərlərindən üstün görərək mübarizə aparırlar. Talibana qarşı yeni hava hücumları həyata keçirilməlidir. Hətta birbaşa Taliban komandanlarının mövqeyi hədəf alınmalıdır”, - Cempbel vurğulayıb.
Qeyd edək ki, Con Cempbel martın 2-nə qədər ABŞ-ın Əfqanıstandakı əsas hərbçilərindən biri idi. O, sözügedən tarixdə vəzifəsindən ayrılmışdı.