ABŞ tərəfindən Ukraynaya 2 milyard dollar həcmində kredit verilməsi haqqında bəyannamə imzalanıb.
UNİAN-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə Ukraynanın maliyyə naziri Natalya Yaresko bildirib. Nazir deyib ki, bu kredit Ukraynanın başlanan islahatları daha fəal həyata keçirməsi və daha əlverişli şərtlərdə beynəlxalq maliyyə dəstəyi cəlb etməsinə yardımçı olacaq.ABŞ-ın maliyyə naziri Ceykob Lyu isə bəyan edib ki, Ukrayna islahatlar həyata keçirməyə davam edərsə, kredit 3 milyard dollara yüksəldilə bilər.