DİN təsdiqlədi: Ankaradakı terroru PKK törədib

DİN təsdiqlədi: Ankaradakı terroru PKK törədib backend

Martın 13-də Ankaradakı terror aktının PKK tərəfindən törədilməsi rəsmən təsdiqlənib.

Qaziler.az-ın məlumatına görə, Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi hadisənin Kürd Fəhlə Partiyasının (PKK) üzvü, 1992-ci il təvəllüdlü Səhər Çağla Dəmir tərəfindən törədildiyini təsdiqləyib.

Qars vilayətinin Kağızman rayonunda pasport qeydiyyatında olan terrorçu-intiharçının 2013-cü ildən PKK-ya qoşulduğu deyilir.

Qeyd edək ki, terror aktı nəticəsində 37 nəfər həlak olub.