İŞİD terror qruplaşmasının liderlərindən biri olan Əbu Umar Əş-Şişani ötən həftə aldığı yaradan keçinib. APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu məlumat iki amerikalı məmur tərəfindən təsdiqlənib.
Mənbələrin məlumatına görə, Əş-Şişani ABŞ-ın ötən həftə endirdiyi hava zərbəsi nəticəsində yaralanıb.
Məlumata görə, Əbu Umar Əş-Şişani aöır yaralandıqdan sonra bir neçə gün koma vəziyyətində olub.