Rusiya donanmasının baş komandanı istefa verdi

Rusiya donanmasının baş komandanı istefa verdi backend

Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı, admiral Viktor Çirkov istefa verib.

Qaziler.az-ın məlumatına görə, Axar.az RİA-ya istinadən xəbər verir ki, Çirkov istefa ərizəsi ilə ordu rəhbərliyinə müraciət edib.

Çirkovun səhhəti ilə bağlı istefa verdiyi bildirilib. Onun səlahiyyətlərini müvəqqəti olaraq Şimal Donanmasının komandanı Vladimir Korolyov icra edəcək.

Məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.