İranda təkrar seçki keçiriləcək

İranda təkrar seçki keçiriləcək backend

İran 69 seçki dairəsində qalibləri müəyyən eləmək üçün aprelin 29-da seçkinin ikinci mərhələsini keçirəcək.

Qaziler.az Azadlıq Radiosuna istinadən bildirir ki, bunu martın 14-də dövlət televiziyası ilə seçki qərargahının katibi Əli Motlagh bəyan edib.

Qeyd edək ki, fevralın 26-də keçirilən parlament seçkisində bu dairələrdə qalib müəyyən edilməyib.

İranın seçki qanunvericiliyinə görə, hər bir deputat azı 25 faiz səs toplamalıdır.

Amma bu 290 yerdən , 221-də baş tutub.

Seçkinin birinci mərhələsində prezident Hassan Rohaninin tərəfdarları uğur qazanıb.