Ankaradakı terroru dəstəkləyən qəzet haqda cinayət işi açılıb

Ankaradakı terroru dəstəkləyən qəzet haqda cinayət işi açılıb backend

Türkiyədə çıxan "Özgür gündəm" qəzeti Ankarada törədilən terroru sevinclə qarşıladığı üçün Ankara Prokurorluğu cinayət işi açıb.

Qaziler.az-ın məlumatına görə, "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, qəzetin martın 14-ü sayı "Novruzun ayaq səsləri" manşeti ilə çıxıb. Bu yazıda Türkiyəyə və onun ərazi bütövlüyünə qarşı iddialar irəli sürülüb.
Xatırladaq ki, terrorçu PKK silahlıları və onun havadarları Novruzda Türkiyədə qarışıqlıq salacaqları ilə bağlı xəbərlər yayıblar. Bu baxımdan qəzet rəhbərliyi manşetində buna işarə edib.
"Özgür gündəm" Türkiyədə çıxır və davamlı olaraq terrorçu PKK və onun iddialarını təbliğ edir.
Qeyd edək ki, Ankaranın "Kızılay" meydanı yaxınlığında törədilən terror aktı nəticəsində 37 nəfərin həyatını itirib, 125 nəfər isə yaralanıb.