Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili yeni siyasi partiya yaratmağı planlaşdırır. Axar.az xəbər verir ki, bunu öz Feysbuk səhifəsində Odessa qubernatorunun keçmiş müavini Saşa Borovik paylaşıb. Onun sözlərinə görə, yeni partiya sağ mərkəzçi və sosial-liberal proqrama malik olacaq:
“Ukraynada siyasi böhran dörd aydır davam edir. Siyasi elita bankrot olub və bu da məntiqi olaraq yeni seçkiyə gətirib çıxaracaq. Bu partiya Ukraynada siyasi elitanı dəyişməyə cəhd olacaq”.