Liviyaya hərbi müdaxilə yalnız BMT Təhlükəsizlik Şurasının mandatından sonra mümkündür. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.
Qeyd edək ki, son günlər İŞİD öz mövqelərini Liviyada gücləndirib. Qəzzafinin devrilməsindən sonra bu ölkədə indiyə qədər vahid hökumət qurmaq mümkün olmayıb. Üstəlik, Qərb liderləri artıq öz çıxışlarında tez-tez Liviyaya müdaxilə məsələsini gündəmə gətirirlər.