İrana sanksiyalar yenidən bərpa olunacaq

İrana sanksiyalar yenidən bərpa olunacaq backend

Avropa Birliyi İranın üzərindən götürülmüş sanksiyaları yenidən bərpa edə bilər. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Con Kerri ilə görüşündən sonra jurnalistlərə açıqlamasında Fransa Xarici İşlər naziri Jan-Mark Eyro söyləyib. Onun sözlərinə görə, bu addımın atılmasına əsas səbəb İranın keçən həftə keçirdiyi ballistik raket sınaqlarıdır.


Qeyd edək ki, İranın raket sınaqları Avropa Birliyinin Xarici İşlər nazirlərinin 14 martda keçiriləcək iclasında müzakirə ediləcək. Vaşinqton bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına da müraciət edib.