Yaponiya Krımın Rusiya ərazisi kimi tanımaqdan bir daha imtina edib. Qaziler.az saytının RİA Novosti –yə istinadən bildirdiyinə görə Yaponiya hökumətinin spikeri Esixide Suqa bildirib ki, onun ölkəsi Krımın Rusiya Federasiyasına birləşdirilməsini tanımır.
“Birləşdirilmə Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün pozulması deməkdir. Bizim ölkə güc yolu ilə baş verən dəyişilməni qəbul etmir ” - deyə o, bildirib.