Pakistanın Orakzay vilayətində kömür mədənində baş verən uçqun nəticəsində yeddi nəfər həlak olub, 10 işçi yaralanıb.
Qaziler.az bildirir ki, qırxdan çox şaxtaçı dağıntılar altında qalıb.Hadisə zamanı mədəndə 60-dan çox şaxtaçı olub. Elektrik enerjisinin kəsilməsi və güclü yağışın yağması xilasedicilərin işini çətinləşdirir. Buna baxmayaraq, xilasetmə işləri davam etdirilir.