Cangüdənlər Donald Trampı etirazçının hücumundan xilas etdilər

Cangüdənlər Donald Trampı etirazçının hücumundan xilas etdilər backend

Cangüdənlər ABŞ-ın prezidentliyə namizədi Donald Trampı, onun Ohayo ştatının Dayton şəhərində çıxışı zamanı etirazçının hücumundan xilas ediblər.

Qaziler.az bildirir ki, Trend-in NBC News-a istinadən verdiyi məlumata görə, etirazçı tribunaya çıxmaq üçün cəhd etdi və guman edilir ki, siyasətçiyə şüşə qabı atmağa planlaşdırırdı.

Hücum edən kişi saxlanıldı, o, ictimai asayişi pozmaqda ittiham olunur.

Tramp isə, baş verən hadisəyə zarafatla reaksiya verib: "Mən onun hesabını verməyə özüm hazır idim, amma bunu polislərin öhdəsinə buraxmaq daha asan olardı".