QAZİLER.AZ eurasiadiary.az - a istinadla bildirir ki, Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatı yaraqlılarının zərərsizləşdirilməsi istiqamətində əməliyyatları Şirnak vilayəti ilə Mardinin- Nusaybin və Hakkari mahallarında yenidən gücləndirilib.
Türkiyənin Sur, Cizrə, Sinop və İdil vilayətlərinin ardınca, TSQ-nın rəhbərliyi altında aparılan antiterror əməliyyatları Hakkari mahalında davam etdirilir. Türkiyə mətbuatının yaydığı məlumatlara əsasən, əməliyyatlar zamanı əraziyə xeyli sayda zirehli texnika və hərbiçilər sövq edilib.Əməliyyatların aparıldığı bölgələrdən isə ən çox diqqəti Şırnak və Cizrə çəkir.
Cizrə Suriya sərhəddində PYD-nin ( PKK-nın Suriyadakı qolu ) Şimali Suriyada elan etdiyi üç mövqeyinin ən şərqindəki “Cəzirə" kantonuna qonşu olan mahaldır. Kürdlərin Suriya və İraqda İŞİD-ə qarşı apardıqları müharibənin də ən çox hiss edildiyi yer, məhz Cizrədir.
Cizrənin əhəmiyyəti edən nədir?
Cizrə kürd siyasəti üçün çox əhəmiyyətli bölgə hesab edilir. Ayrı-ayrı zamanlarda kütləvi nümayişlər və iğtişaşların əksəri burada yaşanıb. PKK-nın ən çox mütəşəkkilik göstərdiyi yerlərdən biri də Cizrədir. Əsas problem isə, Cizrədə hər şeyə baxmaraq, təslim olmaq istəməyən YPG-nin (red. PYD-nın nin silahlı qanadı) olmasıdır.
Qeyd edək ki, kürdlərlə türklər arasında yaranan iğtişaşlarda ən çox nümayişlərin təşkil olunduğu bölgə də Cizrədir. Türkiyənin digər bölgələrində hadisələrin durğunlaşdığı halda, Cizrədə hadisələr durulmadı.
Cizrədə yaşanacaqlara ehtimal vermək çətindir. Bölgədəki qeyri-müəyyən situasiya sülh prosesi baxımından da böyük problem yaradır.