Kral ikinci Nimri də edam edir

Kral ikinci Nimri də edam edir backend

Səudiyyə Ərəbistanında şiə alimi Şeyx Nimr Baqir ən-Nimrin edamından sonra alimin qardaşı oğlu Əli ən-Nimrin də edam ediləcəyi barədə xəbərlər yayılıb. Axar.az xəbər verir ki, ”Ukkaz” qəzetinin məlumatına görə, bu barədə Əli ən-Nimrin atası Məhəmməd ən-Nimr məlumat verib.


Onun sözlərinə görə, oğlu ilə bərabər daha 3 nəfər yaxın bir neçə gündə edam ediləcək.

Qeyd edək ki, Əli ən-Nimr 2012-ci ildə rejim əleyhinə mitinqlərdə iştirak etmək ittihamı ilə həbs olunmuşdu. Həbs olunarkən onun 17 yaşı var idi. 2014-cü ildə məhkəmənin qərarı ilə edam cəzasına məhkum edilib.

Xatırladaq ki, şiə alimi Ayətullah Nimr Baqir ən-Nimrin edamı İran ilə Səudiyyə Ərəbistanı arasında böyük siyasi gərginliyə səbəb olub.

Tanınmış şiə din xadimlərindən olan Nimr Ərəbistanda etiraz aksiyaları təşkil etmək, insanları etiraza təhrik etmək, ölkənin əmin-amanlığını pozmaq kimi maddələrlə saxlanılmışdı.