Anti-Rusiya sanksiyalarının müddəti uzadıldı

Anti-Rusiya sanksiyalarının müddəti uzadıldı backend

Avropa İttifaqı Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyanın müddətini 2016-cı il, sentyabrın 15-dək uzadılmasına dair qərar qəbul edib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Sanksiya Rusiya və Ukrayna vətəndaşı olan 146 fiziki və 37 hüquqi şəxsə tətbiq edilib.


Bildirilir ki, vəfat etmələri səbəbindən “qara siyahıdan” 3 nəfərin adı silinib. Bunlar Krımın İctimai palatasının üzvü Yuriy Jerebtsov, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) direktoru, general İqor Serqun və qondarma Luqansk xalq respublikasının nümayəndəsi Pavel Dremovdur.