Türkiyədə ilin əvvəlindən qeyri-qanuni yolla Avropaya keçməyə cəhd edərkən saxlanılan miqrantların sayı 50 mini keçib.
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, ilin əvvəlimdən quruda saxlanılan miqrantların sayı 35 mini, dənizdə isə - 15 mini keçib. Məlumata görə, yalnız martın 3-dən 9-dək sahil mühafizə qüvvələri dənizdə 548 miqrant, jandarm və polis əməkdaşları isə 477 miqrant saxlayıb. İlin əvvəlindən Egey dənizində boğulmuş miqrantların sayı isə 183 nəfər təşkil edib.Qeyd edək ki, martın 8-də Aİ üzvü olan 28 ölkənin liderləri və Türkiyənin baş naziri “Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya sazişinin altı prinsipini razılaşdırıblar.