ABŞ-ın başqa ölkələrdəki rejimlərin devrilməsində iştirak etməsi xüsusilə Latın Amerikasında anti-ABŞ əhval-ruhiyyəsini artırıb. Axar.az xəbər verir ki, bunu ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Berni Sanders “Univijın” televiziyasında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Vaşinqton hökumətləri devirməkdən çox, onlarla işləməyi bacarmalıdır.
O, ABŞ-ın Kuba, Nikaraqua və Qvatemalaya qarşı fəaliyyətinin doğru olmadığını bildirib.