Türkləri aşağılayan yunan deputat iclasdan qovuldu

Türkləri aşağılayan yunan deputat iclasdan qovuldu backend

Avropa Parlamentinin yunan deputatı Elefterios Sinadinos təşkilatın Strasburqdakı iclasından qovulub. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Yunanıstan mətbuatı yayıb. Sinadinosu iclas zalından Avropa Parlamentinin Prezidenti Martin Şults qovub. Şultsun bu addımı atmasına səbəb yunan deputatın türkləri “murdar və eybəcər” adlandırıb, onları vəhşi itlərlə müqayisə etməsidir.


Qeyd edək ki, Sinadinos Yunanıstanın ultra-sağçı Qızıl Şəfəq Partiyasının üzvüdür. Bu partiya Yunanıstanda miqrantlara qarşı sərt mövqeyi ilə seçilir. Onlar həmçinin bir müddət öncə hökumətin İsraillə münasibətlərini yaxşılaşdırmasını tənqid edərək, rəsmi Tel-Əvivi “qatil ölkə” adlandırıblar.