Almaniyanın nəhəng elektronika istehsalçısı olan "Siemens AG" şirkəti 2500 nəfər əməkdaşını ixtisar etmək qərarına gəlib. İKT.lent.az-ın "The Wall Street Journal"a istinadən xəbərinə görə, buna səbəb xammal sektorundan olan müştərilərin tələbatının azalmasıdır.
İxtisarlar əsasən şirkətin Almaniyadakı zavodlarını əhatə edəcək. Şirkətdə hesab edirlər ki, bu addım sadə olmayan bazar şəraitində şirkətin rəqabət qabiliyyətini yüksəltmək məqsədilə Avropada fəaliyyətinin konsolidasiyasına və istehsal gücünün optimallaşdırılmasına gətirib çıxaracaq.