Ermənistan Kassasiya Məhkəməsi 2013-cü ildə Azərbaycanın Qarabağ bölgəsində zorakılığa məruz qalaraq öldürülmüş erməni əsgər Arman Muradyanın işi üzrə şikayəti qəbul etməyib.
ANS PRESS-in məlumatına görə, Armanın atası Ovsep Muradyan oğlunun işi üzrə məhkəmənin Xankəndidə deyil, vətəndaşı olduğu Ermənistanın Sünik vilayətində aparılmasını tələb edib. Muradyan Xankəndi məhkəməsinin qərarına inanmadığını bildirib.Məhkəmənin qərarına görə, Armanın komandiri mayor Emil Avetisyan əsgərə qarşı zorakılıq etdiyinə görə 6 il iş alıb. Amma oğlunun ölümü və komandirin həbs edilməsi barədə xəbəri Muradyan çox gec alıb. Muradyan həm də Dağlıq Qarabağın tanınmamış ərazi olduğunu, Ermənistana heç bir dəxli olmadığını nəzərə alaraq məhkəmənin qərarını tanımadığını bildirir.
Komandirlər tərəfindən əsgərlərə qarşı cinsi zorakılıq halları Ermənistan ordusunda geniş yayılıb. Bunun nəticəsidir ki, Ermənistanda kişilərin 8 faizi homoseksualdır və bu göstərciyə görə İrəvan hətta Qərbi Avropa ölkələrini geridə qoyur.