Şimali Koreya hakerləri Cənubi Koreya məmurlarının smartfonlarını sındırdılar

Şimali Koreya hakerləri Cənubi Koreya məmurlarının smartfonlarını sındırdılar backend

Şimali Koreya hakerləri Cənubi Koreyadan olan məmurların smartfonlarını sındırıblar. İKT.lent.az-ın “rsute.ru” saytına istinadən məlumatına görə, Cənubi Koreya Milli Kəşfiyyat Xidməti xəbər verib ki, hadisə fevral ayının sonunda və ya martın əvvəlində baş verib.


Hakerlər adı açıqlanmayan Cənubi Koreya məmurlarının cihazlarında olan bütün telefon danışıqları, onların smartfonlarının məlumatlarının məzmunu və mətnləri barədə bütün məlumatlara tam olaraq çıxış əldə ediblər. Mütəxəssislər iddia edir ki, məmurların təxminən 20 faizinin smartfonları sındırılmaya məruz qalıb. Bütün məxfi məlumatlar Şimali Koreya hökumətinin əlinə keçib.

Qeyd edək ki, son bir neçə il ərzində bu sonuncu hadisə deyil ki, rəsmi Seul Şimali Koreyanı kibercinayətlərdə ittiham edir. Ancaq Şimali koreyalılar hər zaman bütün bunlarda iştiraklarının olmasını inkar ediblər.