Kanadanın “Monreal İmpakt” klubunda oynayan Didye Droqbanın Feysbuk səhifəsi İŞİD terrorçularının əlinə keçib. Axar.az xəbər verir ki, terrorçular səhifədə təbliğat mesajları yerləşdirib.
Qısa müddət sonra hakerlər müdaxilə edərək futbolçunun hesabını geri qaytara bilib.Feysbuk məsələnin araşdırılacağını açıqlayıb.