Bu günlərdə internetdə ABŞ-ın “Zona-6” adlanan məxfi hərbi hissələrindən birinin şəkli yayılıb. İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, ABŞ-ın Las-Veqas şəhərindən 80 mil şimal-şərqdə yerləşən obyektin şəklini məşhur “Google Earth” xidməti dərc edib.
“Las Vegas Review Journal” nəşri qeyd edib ki, əvvəllər “Zona-6”-nın yerləşdiyi Yukka-Mauntin poliqonu yeraltı atom sınaqları üçün istifadə olunub. İndi isə orada yeni pilotsuz uçan aparatlar və kiçik hərbi təyyarələr sınaqdan keçirilir.Pentaqon isə hələlik bununla bağlı heç bir şərh vermir. Təxmin edilir ki, ABŞ hökumətinin mövcudluğunu 3 il öncə tanıdığı obyektin şəkilləri bundan sonra da şəbəkədə qalacaq.