Bəşər Əsəd, PKK, PYD və sol terror təşkilatları Türkiyədə inqilab hazırlayır. Axar.az Türkiyənin “Yeni Şəfəq” qəzetinə istinadən xəbər verir ki, plana görə, solçu terror təşkilatları DHKP-C və MLKP martın 11-dən etibarən ölkənin qərbində etirazlara başlayacaq.
20 martda isə 11 min PKK terrorçusu Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunu azad olunmuş bölgə elan edəcək.
Daha sonra Bingöl, Muş, Ağrı, Van, Qars, Ərdahan, Ərzurum və İstanbulun Qazi məhəlləsində eyni addım atılacaq.
Suriyadan gələcək 8 min PYD terrorçusu (PKK-nın Suriya qanadı – red.) isə Türkiyədəki güc strukturlarının binalarına hücum edəcək. Qanlı hücumları törətmək üçün terrorçulara silah dəstəyini Suriyanın kəşfiyyat orqanı Muhaberat verib.
Artıq planla əlaqədar Türkiyənin 81 vilayətinin rəhbərliyinə xəbərdarlıq edilib.