Pentaqon İŞİD liderinin öldürüldüyünü təqdiqləyib

Pentaqon İŞİD liderinin öldürüldüyünü təqdiqləyib backend

ABŞ qüvvələri İŞİD-in liderlərindən olan Əbu Omar aş-Şişanini zərərsizləşdirib. APA-nın “vesti.ru”ya istinadən verdiyi məlumata görə, faktı Pentaqon da təsdiqləyib.


ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Pter Kuk bildirib ki, əsl adı Tarxan Batiraşvili olan gürcü əsilli terrorçu 4 mart tarixində Suriyanın Əş-Şaddad şəhərinə endirilən aviazərbələr zamanı məhv edilib.

Piter Kuk əlavə edib ki, əş-Şişaninin ölümü İŞİD-in Qafqaz regionundakı tərəfdarlarının vəziyyətini çətinləşdirəcək.