Əsəd əsgərləri Türkman dağında öldürüldü

Əsəd əsgərləri Türkman dağında öldürüldü backend

Suriyanın müxalif qruplarından olan Cəbəl İslam taboru Türkman dağında xeyli Əsəd əsgərini öldürüb.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bununla müxalif qruplar Türkman dağında irəliləyişə nail olublar.

Tərəflər arasında qarşıdurmaların davam etdiyi bildirilir.

Qeyd edək ki, Rusiya qırıcılarının dəstəyi ilə Əsəd qüvvələri Türkman dağına aktiv şəkildə hücumlar təşkil edir. Buna baxmayaraq, müxaliflər Türkman dağında bəzi strateji nöqtələri ələ keçirməyi bacarıb.