8 mart tarixinə saatlar qalsa da, «Facebook» tələsərək istifadəçilərinə bu günün Beynəlxalq Qadınlar günü olduğunu xatırladır.
Qaziler.az Virtualaz.org saytına istinadən xəbər verir ki, bir neçə saatdır hər bir «Facebook» istifadəçisi öz səhifəsinə daxil olarkən sosial şəbəkə ona bu günün bayram olduğunu xatırladır.Nəzərə alsaq ki, Uzaq Şərqdə artıq martın 8-dir, bəlkə də «Facebook»u anlamaq olardı, amma məsələ ondadır ki, səhifəsinin vaxt ayarlarını Bakı vaxtına uyğunlaşdırmış istifadəçilər də bu məlumatı görürlər.
