PKK silahını qoyub qaçdı

PKK silahını qoyub qaçdı backend

Türkiyənin Hakkari vilayətinin Dağlıca mahalında PKK terrorçuları təhlükəsizlik qüvvələrinə qəfil hücum ediblər.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, Dağlıca taborunun dərhal qarşılıq verməsi nəticəsində terrorçular silah-sursatlarını orada buraxaraq ərazidən uzaqlaşıblar.

Baş verən atışma zamanı təhlükəsizlik qüvvələri arasında ölən və yaralanan olmayıb.

Olaydan sonra PKK terrorçularına aid xeyli silah-sursat ələ keçirilib.