Bu gün ABŞ və Cənubi Koreya hərbi təlimlərə start verib. Axar.az xəbər verir ki, Koreya yarımadasında baş tutan manevrlərdə Cənubi Koreyadan 300 min, ABŞ-dan isə 15 min hərbçi iştirak edir.
“Əməliyyat Planı (opla) 5015” adlanan hərbi təlimlərdə Şimali Koreyanın mümkün hücumlarını dəf etmək tapşırığı icra edilir.
Xatırladaq ki, təlimlər aprelin 30-dək davam edəcək.