İŞİD-in uşaqların tərbiyəsində Faşist Almaniyasının metodlarından istifadə etdiyi üzə çıxıb. Axar.az xəbər verir ki, İŞİD uşaqları gələcəyin cihadçıları olaraq yetişdirmək üçün xüsusi təlimlər keçir. Bu haqda “İslam dövlətinin uşaqları” adlı sənəddə yazılıb.
BMT-nin dəstəyi ilə hazırlanan “İslam dövlətinin uşaqları” adlı sənəd ötən həftə yayımlanıb. Sənəddə İŞİD üzvlərinin təhsil ocaqlarında azyaşlı uşaqlara kütləvi edam videoları izlətməsi, əllərinə kəsik insan başları verməsi və cinayətə sövq etməsi qeyd olunub.
İŞİD bu yolla daha radikal üzvlər yetişdirməklə dünyaya meydan oxumağı hədəfləyir.