ABŞ Suriyada artıq bir aviabaza tikib və ölkənin şimalında ikincisinin tikintisinə başlayıb. Avopa.info xəbər verir ki, bu məlumatı kürd mənbələrinə istinadən “Reuters” agentliyi yayıb. Aerodrom həm hərbi, həm mülki məqsədlərlə istifadə olunacağı gözlənilir. PKK-nın Suriya qolu PYD bildirib ki, Rmeylan şəhərində tikilən uçuş zolağı üzərində işlər artıq yekunlaşıb. Türkiyə ilə sərhəddə yerləşən Kobanidə isə yeni aviabaza tikilir. Məlumata görə, tikintidə onlarla amerikalı mütəxəssis işləyir.
Suriyalı kürdlərin dediyinə görə, Rmeylan şəhərində tikilmiş uçuş zolağı ABŞ hərbi vertolyotlarının maddi-texniki təminatı üçün istifadə olunur.
Öz növbəsində ABŞ ordusu mərkəzi komandanlığından bildiriblər ki, Suriyada heç bir aerodromu öz nəzarətlərinə götürməyiblər.