Rusiyadan İrana zərbə - İsraildən qorxub geri çəkildi

Rusiyadan İrana zərbə - İsraildən qorxub geri çəkildi backend

Rusiya Yaxın Şərqdəki ən böyük müttəfiqi olan İranla S-300 raketlərinin satılması ilə bağlı müqaviləsinin icrasını dayandırıb. Avropa.info xəbər verir ki, İsrailin xəbərdarlığından sonra Rusiya S-300 hava hücumundan müdafiə sistemlərinin İrana təhvil verilməsini dayandırıb.

Rusiya tərəfi S-300 raketlərinin satışını, İran hökumətinin Hizbullaha silah verməsini səbəb göstərərək ləğv edib.

Küveytin əl-Cəridə qəzeti Rusiya prezidenti Vladimir Putinin raketlərin İrana satışı ilə bağlı razılığı ləğv etdiyini açıqlayıb.

Xəbərdə Putinin bu qərarının səbəbi kimi İranın bu sistemləri Hizbullaha göndərə biləcəyi göstərilir.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu məsələ ilə bağlı açıqlama verərək İranın Suriyadan Livandakı Hizbullah təşkilatına müasir silahlar göndərməsinə razı olmayacaqlarını bildirmişdi.

Qeyd edək ki, 2007-ci ildə Rusiya ilə İran arasında 800 milyon dollar dəyərində S-300 raket sisteminin satılması ilə bağlı müqavilə imzalamışdı.