ABŞ birinin inşasını bitirib və Suriyanın şimalında, kürdlərin nəzarətində olan bölgədə ikinci aviabazanın tikintisinə başlayıb. Axar.az xəbər verir ki, bu barədə kürdlərin “Basnyus” saytı yazıb.
Saytın kürd qruplaşmalarından əldə etdiyi məlumata görə, artıq Rmelan şəhərində yerləşən birinci aviabazada işlər yekunlaşıb. İkinci aviabaza isə Kobanidən cənub-şərqdə, Türkiyə ilə sərhəddə tikilir.
Məlumata görə, aviabazalar həm mülki, həm də hərbi məqsədlər üçün istifadə olunacaq.
ABŞ Mərkəzi Komandanlığının rəsmiləri isə Suriyada hər hansı bir aviabaza tikmədiklərini bildirərək, faktı təkzib ediblər.