ABŞ-ın eks-prezidenti Ronald Reyqanın həyat yoldaşı Nensi Reyqan vəfat edib. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, N. Reyqan 94 yaşında dünyasını dəyişib. Ailə üzvləri bildirib ki, o, öz evində ürək çatışmazlığından ölüb.
Keçmiş birinci xanım ərinin yanında, Simi-Vellidə Ronal Reyqan adına prezident kitabxanasının ərazisində dəfn olunacaq.
Xatırladaq ki, N. Reyqan peşəkar aktrisa olub. O, R. Reyqanla 1952-ci ildə ailə həyatı qurub. O zaamnlar R. Reyqan da aktyorluqla məşğul olurdu.
Nensi Reyqan 1981-1989-cu illərdə ABŞ-ın birinci xanımı olub.