Tramp ultrasağçıların dəstəyindən imtina etdi

Tramp ultrasağçıların dəstəyindən imtina etdi backend

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Tramp ultrasağçıların ona verəcəyi dəstəkdən imtina edib. Axar.az xəbər verir ki, bunu Tramp CBS telekanalına müsahibəsində söyləyib. O, ultrasağçıların yardımına ehtiyacı olmadığını bildirib.


Qeyd edək ki, bir müddət öncə ABŞ-da rasist Ku-kluks-klan təşkilatının eks-lideri Devid Dyuk prezident seçkisində Donald Trampa səs verəcəyini bildirib. Ekspertlər Dyukun bu addımının digər rasistlərin də Trampa səs verməsinə səbəb olacağını açıqlayıblar.