Almaniya: “Türkiyəni AB-də görmək istəmirik”

Almaniya: “Türkiyəni AB-də görmək istəmirik” backend

Mənim ölkəm Türkiyənin Avropa Birliyinə üzv olmasını istəmir.

Axar.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində Almaniya Maliyyə naziri Volfanq Şoyble söyləyib. Onun sözlərinə görə, Türkiyənin Avropa Birliyinə üzv olması üçün uzun zaman lazımdır.

Qeyd edək ki, Türkiyə 1964-cü ildən bu yana Avropa Birliyinin assosiativ üzvüdür. 2005-ci ildə ölkə Avropa Birliyinə tam üzvlüklə bağlı sənəd versə də, indiyə qədər Brüssel yekun qərar qəbul etməyib. Ankaranın AB-yə üzvlüyünün ən böyük əleyhdarları sırasında Almaniya, Fransa, Yunanıstan və Cənubi Kipr yer alır.