ABŞ-ın keçmiş birinci xanımı vəfat edib

ABŞ-ın keçmiş birinci xanımı vəfat edib backend

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın dul qadını Nensi Reyqan 94 yaşında vəfat edib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, məlumatı ailə üzvləri təsdiq ediblər.

Qeyd edək ki, peşəkar aktrisa olan Nensi 1952-ci ildə Ronald Reyqanla ailə qurub. Həmin vaxt gələcək prezident də aktyor fəaliyyəti ilə məşğul olurmuş.

Xatırladaq ki, Nensi Reyqan 1981- ci ildən1989-cu ilə qədər ABŞ-ın birinci xanımı olub.