ABŞ Latviya, Litva və Estoniyaya 3 min hərbi qulluqçu və çoxlu sayda hərbi texnika göndərir. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Stiven Uorren bəyan edib.
Baltikyanı ölkələrə Corciya ştatındakı hərbi bazanın əsgərləri və tanklar, helikopterlər və artilleriya daxil olmaqla, 750 ədəd hərbi texnika göndəriləcək. Silah-sursatın ilk partiyası martın 9-da Latviyanın paytaxtı Riqaya çatdırılıb.
ABŞ hərbçiləri Latviya, Litva və Estoniyanın iştirakı ilə mayda keçiriləcək irimiqyaslı təlimlərdə iştirak edəcəklər.