İraqın Babil şəhərində avtomobilin partladılması nəticəsində 34 nəfər həlak olub, 39-u yaralanıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bomba yüklü avtomobil polis postu yaxınlığında, avtomobillərin yoxlanıldığı məntəqədə partladılıb.Digər mənbələrdə isə partladılan avtomobilin neftlə dolu tanker olduğu bildirilir. Ölənlərin sayında da fərqli rəqəmlər açıqlanır. “Reuters”in verdiyi xəbərə görə, 60 nəfər həlak olub, çoxsaylı yaralılar var.
Terror aktını İŞİD terror qruplaşması öz üzərinə götürüb.